2017-ci ilin fevral ayında ölkə enerjisi sistemində 1, 937 mil¬yard kilovat-saata elektrik enerjisi istehsal edilib.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

"Azərenerji ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1, 908 milyard kilovat-saat olub.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin fevral ayı üzrə ölkə enerji sistemində 1, 905, "Azərenerji ASC-də isə 1, 876 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.