İran və Çexiya arasında saziş imzalanıb. 

Unikal.org-un məlumatına görə, imzalanan bu sazişlə İran zibildən "qazanacaq".

Belə ki, imzalanan sazişə əsasən Çexiyanın investisiyasi ilə İranın şimalında - Gilanda tullantılardan enerji istehsal edən xüsusi stansiya tikiləcək.

Bu stansiyada gündə 350 ton tullantını yandırılacaq və 20 meqavat enerji əldə ediləcək.