Ardıcıl olaraq bir neçə devalvasiyanın baş verməsi sahibkarların işlərini olduqca çətin duruma saldı. Xaricdən dollarla alınan məhsulların, xüsusən də geyimlərin qiymətində 2 dəfədən çox artım müşahidə olunur.



Unikal.org olaraq ölkənin ən böyük ticarət mərkəzlərindən olan "Binə bazarına baş çəkdik və sahibkarların durumları ilə maraqlandıq. Bir neçə mağazanın bağlandığının şahidi olduq. Sahibkarlar bildirirlər ki, manatın dollar qarşılığında ucuzlaşması onların çoxlu sayda müştəri itirməsinə səbəb olub: "Biz Çindən və digər ölkələrdən aldığımız geyimlərin ödənişini dollarla edirik. Xərclərimiz artdığından qiymətləri artırmaq məcnuriyyətində qaldıq. Hazırda isə bazarda alıcı qıtlığı var. Dövriyyədə ciddi şəkildə azalma mövcuddur.



Sahibkarlar həmçinin, mağazaların icarə haqqında heç bir güzəştin edilmədiyini bildirir: "Əvvəlki qaydada ödəyirik. Heç bir güzəşt yoxdur. Kim ödəyə bilmir mağazanı bağlayıb gedir. Hələ də birinci devalvasiyadan yığılan borcları ödəyirik. Vəziyyət düzəlməyə doğru getmir.

Ümumi mənzərədə alıcı azlığı diqqət cəlb edir. Məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin rəhbərliyinin mövqeyini öyrənə bilmədik.

Orxan Həsənli