"Bu il Azərbaycanda sınaq imtahanlarının sayı nəzərdə tutulandan az olacaq".

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda sınaq imtahanları ilə bağlı araşdırma aparılır: 

"Sınaq imtahanlarında iştirak qiyməti və cədvəli yaxın günlərdə elan ediləcək. Ötən aylarda fəaliyyət göstərə bilmədiyimiz üçün sınaq imtahanlarının cədvəli çox sıx olacaq. Nəzərdə tutduğumuz kimi çox deyil, 1-2 sınaq imtahanı keçiriləcək".