Naxçıvanda fəaliyyət göstərən "Naz-Lifan" avtomobil zavodunun fəaliyyətini dayandırması ilə bağlı xəbərlər yayılıb.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Unikal.org-a açıqlamasında bildirib ki, zavodun fəaliyyətini tamamilə dayandırması inandırıcı deyil:
"Bu zavodun bağlanmasına inanmıram. Çünki, Naxçıvanda fəaliyyət göstərən böyük avtomobil zavodudur. Naxçıvan bizim diqqət mərkəzində olan regionlarımızdan biridir. Bu regionda belə bir zavodun işlməsi çox vacibdir. "Naz-lifan" faktiki olaraq avtomobil yığımı ilə məşğul idi. Ölkə başçısı bir dəfə bu məsələyə toxundu. Bundan sonra müəyyən qədər satış oldu, nazirliklər bu avtomobillərdən aldı. Hazırda deyə bilmərəm yığım niyə dayanıb. Hesab edirəm ki, zavod yalnız avtomobilin yığımı ilə yox, tədricən onun ehtiyyat hissələrinin istehsalı ilə məşğul olmalıdır. Hissələri gətirib yığmaq o qədər də problem deyil. Elə etmək lazımdır ki, ildə 10-15 faiz həmin hissələri istehsal edəsən ki, xaricdən asılılq olmasın. Belə bir proses bu vaxta qədər getməli idi. Ola bilsin hazırda zavodda müəyyən problemlər var, o də həllini tapacaq".
Həsən Babayev