Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən plenar iclasında hazırda qurumun Nazirlər Komitəsinə sədrlik edən Kipr Respublikasının xarici işlər naziri İoannis Kasulides məruzə ilə çıxış edib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, daha sonra nazir parlamentarların suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın hökumət üzvlərinin son vaxtlar Azərbaycanın enerji infrastrukturuna raket zərbələri endirə biləcəkləri haqqındakı bəyanatlarını NK sədrinin diqqətinə çatdırıb və buna qarşı Avropa Şurasının hansı ölçülər götürə biləcəyinə dair sual verib.
İ. Kasulides cavabında deyib ki, AŞ NK həm Azərbaycan, həm də Ermənistanla bağlı fəaliyyət planları çərçivəsində bu ölkələrlə müzakirələr aparır: "Biz bu əməkdaşlıq çərçivəsində hər iki tərəf arasında qarşılıqlı etimadın yaradılması üçün öz yardımımızı göstərməyə həmişə hazırıq. Bununla yanaşı, buna qədər bir neçə dəfə qeyd etdiyimiz kimi, yenə də tərəfləri gərginliyi artıra biləcək bu kimi bəyanat və xoşagəlməz tədbirlərdən vaz keçməyə çağırıram. Yeganə çıxış yolu problemin dialoq və sülh yolu ilə həll edilməsidir.