Pakistan Ermənistanla münaqişədə Azərbaycana yardım etməyə hazırdır.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin "Facebook"dakı rəsmi səhifəsində bildirilib.
"Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur", - bəyanatda deyilib.
Eyni zamanda, MN-in "Facebook" səhifəsi Azərbaycan və onun Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək üçün örtük şəklinə Azərbaycanın dövlət bayrağını yerləşdirib.
Qeyd edək ki, Pakistan Ermənistanı dövlət kimi tanımır.