Bu gün Xəzər dənizinin Türkmənistan sahillərində ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinə məxsus olduğu ehtimal edilən meyit tapılıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.
Meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.