Qurumdan unikal.org-a verilən məlumata görə, böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərində təmizlik-abadlıq işləri aparılmış, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş, dibləri bellənilmiş, suvarma işləri həyata keçirilmişdir.
"Modern Holdinq" ASC-nin 30 nəfər əməkdaşının da iştirak etdiyi iməcilikdə həmçinin Polietilen istehsalatının girs hissəsində 600 ədəd müxtəlif növ ağac əkilmiş, Səməd Vurğun küçəsi boyu uzanan yaşılıq zolaqlarındakı ağacların dibləri bellənmiş, əhənglənmiş, ərazi alaq otlarından təmizlənmişdir.
Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xidmət edən iməciliklərin yaz mövsümü boyu davam etdirilməsi nəzərdə tutulmuşdur.