Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev dünən təcili olaraq Təhlükəsizlik Şurasının toplantısını çağırıb.
Prezident Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törədiyini qeyd edib. Dövlət başçısı bildirib ki, aprelin 2-si tarixi ermənilər üçün yaxşı dərs olacaq:
"Atəşkəsdən sonra ilk dəfə ermənilər belə sarsıdıcı zərbə aldı. Ermənistan rəhbəri itkiləri gizlədir. Biz yenə də məsələni sülh yolu ilə həll etmək istəyirik, biz müharibə istəmirik. İstəmirik ki, qan tökülsün, gənc insanlar həlak olsun, anaların göz yaşları tökülsün. Azərbaycan-Ermənistan analarının göz yaşı tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik. Bundan sonra da sonu bəlli olmayan prosesdə iştirak etmək istəmirik. Ermənistan tərəfi də bunu bilir. Ermənistan işğal olunmuş torpaqlardan çıxmalıdır, bunun başqa yolu yoxdur".