Azərbaycan Ordusunun cəbhə xəttində ermənilərin təxribatlarına cavab olaraq keçirdiyi miqyaslı hərbi əməliyyatlar təkcə işğal olunmuş ərazilərdəki separatçıların deyil, işğalçı ordunun əsgərlərini də təşviş və vahiməyə salıb.

Unikal.org-un məlumatına görə, AzVision.az Ermənistanın haynews.net, saytına istinadla xəbər verir ki, erməni ordusunda fərarilik və demoralizasiya yüksək həddədir. İş o yerə çatıb ki, erməni komandirləri özləri silahı atıb qaçmaq istəyən 17 əsgəri güllələyiblər. 

Bu məlumat işğalçı ordunun necə ciddi mənəvi böhran içində olduğunu əyani şəkildə nümayiş etdirir.