Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır.