Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz qohumun şəhid olması barədə yayılan xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, xalq artisti "Qafqazinfo"ya açıqlamasında iki qohumunun şəhid olduğunu söyləyib:
"Novruzov Fərahim Adışirin oğlu mənim qohumumdur. Onun atasının adını mətbuat Nadir olduğunu yazıb, bu səhvdir. Digər qohumum isə helikopter vurulan zaman həlak olub.
Onun adı Musazadə Təbriz Tariyel oğludur. Təbrizin soyadını səhv yazırlar. Sözügedən şəxs də bacımın yoldaşı tərəfdən qohumudur. İndiz biz Biləsuvardayıq, Fərahimin yas mərasiminə gəlmişik".