Son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.
Unikal.org APA-ya istinadən xəbər verir ki, cəbhə xəttində baş verənlərlə bağlı araşdırma aparmaq üçün respublika hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovun rəhbərlik etdiyi istintaq-əməliyyat qrupu cəbhə bölgəsindədir. Hərbi Prokurorluğun əməkdaşları cəbhə xəttində baş verənlərlə bağlı qanunvericiliyə müvafiq olaraq müxtəlif araşdırma tədbirləri həyata keçirirlər.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, ədliyyə polkovniki Əfrahim Təhməzov Hərbi Prokurorluğun mərkəzi aparatının məsul əməkdaşlarının cəbhə bölgəsində olduqlarını təsdiqləyib.