Hindistanlı fotoqraf, 31 yaşlı Avinaş Lodhi balasını qucaqlayaraq ağlayan bir ana meymunun fotosunu çəkib.

Unikal.org-un məlumatına görə, sevginin ifadəsi olan bu fotodan sonra Avinaş düz 1 saat danışa bilmədiyini deyib: 

"Fotoqraf fəaliyyətim boyunca heç vaxt mənə bu qədər təsir edən bir görüntü çəkməmişdim. Fotonu çəkdikdən sonra gördüm ki, ana və bala meymunun yanına digər meymunlar yığışmağa başlayır. Kənarda durub onları izlədim. Fotonu çəkdiyim an nələr baş verdiyini başa düşmədim. Hər şey o qədər sürətlioldu ki...

Qeyd edək ki, fotoda huşunu itirdiyi görünən bala meymun bir müddət sonra oyanıb.ailem.az