ARB TV-nin "Gəlin danışaq verilişinin növbəti qonağı müğənni Elariz Məmmədoğlu olub.

Unikal.org-un məlumatına görə, müğənni ilk olaraq şəhid olan qardaşından söz açaraq, ölüm xəbərini hələ də analarına demədiklərini bildirib:

"İndi yəqin ki, anam verilişə baxacaq, halı pis olacaq. Qardaşım Qarabağ şəhididir. Bu barədə heç bir zaman danışmıram ki, pis oluram. Onun meyidini də tapmadıq, döyüş zonasında qalmışdı, götürə bilmədik. Biz anamı aldatmışıq ki, hələ də sağdır, bəlkə də xaricdədir. 1993-cü ildən bu günədək aldada-aldada yaşayırıq.