Füzuli Ələkbərov üçün qorxunc təhlükə
12:18 14-07-2012
İQTİSADİYYAT
Füzuli Ələkbərov üçün qorxunc təhlükə
Dayanmasq bilməyən həbslər naziri nokauta salmaq üzrədir
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbəroun işçilərinin həbs xəbərləri səngimək bilmir. Son bir həftə ərzində Ələkbərovun daha 4 işçisinin qandallandığına dair iki məlumat yayıldı.
Həmin məlumatın birində deyilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz hərəkətləri barədə Abşeron rayonu sakininin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb edib. Həyata keçirilmiş əməliyyat nəticəsində E. Cahangirov komissiyanın inzibati binasında vətəndaşdan 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Digər məlumatda isə İmişli rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi Korrupsiya və Rüşvətxorluğa Qarşı Mübarizə İdarəsi tərəfindən möhürlənib. Mərkəzin müdiri Nazim Xəlilovun və daha 3 nəfərin isə həbs edildiyi vurğulanırdı.
Qeyd edək ki, son ilyarımda Füzuli Ələkbərov tabe olan Tibbi Sosial Ekspert Komissiyası (TSEK və ya el arasında deyildiyi kimi, "VTEK") və yerli Sosial Müdafiə mərkəzləri rəhbərlərinin, digəçr vəzifəli əməkdaşlarının adət halını alıb. Prosesin bundan sonra da davam edəcəyi yönündə də səhih bilgilər var.
Bu isə həm nazirliyin daxilində, həm indiyədək həbs edilən nazirlik əməkdaşlarının ailələrində kəskin narazılıqlar yaratmağa başlayıb. Elə sonunculardan başlayaq. İndiyədək həbs edilən nazirlik əməkdaşlarının ailə üzvləri Füzuli Ələkbərovdan kəskin narazıdırlar və naziri verdiyi vədləri unutmaqda ittiham edirlər. Belə ki, aparılan hər bir həbs zamanı nazir narahat olmamağı və onların azadlığa buraxılması üçün əlindən gələni edəcəyini vəd verirmiş. Amma bu günədək həmin vədlərinin heç birini tutmadığı üçün indi Ələkbərov həbsdəki əməkdaşlarının qəzəbinin hədəfinə çevrilib.
Bu durum həbsdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərini də öfkələndirib. Əvvəlki həbslər zamanı tutulanlar nazirin onları müdafiə edəcəyinə və dəmir barmaqlıqlar ardına göndərilmələrinə imkan verməyəcəyinə inansalar da, bu baş verməyib. Onların bir çoxlarının artıq nazir əleyhinə içəridən ittihamlar göndərəcəkləri və həmi n ittihamları yaxınları vasitəsi ilə ictimailəşdirəcəkləri, eləcə də ölkə rəhbərliyinə çatdıracaqları deyilir. Son həbslərə yaxalananların isə həm istintaqda, həm də məhkəmədə Füzuli Ələkbərov əleyhinə ifadələr verəcəkləri gələn məlumatlar arasındadır. Həmin ifadələrdə yol verilən rüşvətxorluq və korrupsiya halları zamanı toplanan vəsaitlərin böyük bir hissəsinin məhz "yuxarı"ya çatdırıldığı öz əksini tapacaq.
Daha bir məqam isə bütün bu baş verənlərdən sonra Ələkbərovun nazirliyinin xeyli sayda idarə rəisinin, "VTEK" və yerli Sosial Müdafiə Mərkəzi rəhbərinin işdən çıxmaq üçün ərizələr yazmağa başlamasıdır. Onlar həbslər dalğasının özlərinə də çatacağından narahatdırlar, nazirin isə əməkdaşlarını sahibsiz buraxması, onları ortada qoyması bu adamları indidən gələcəkləri barədə düşünməyə, vaxt ikən adıçəkilən nazirlikdəki görəvlərindən uzaqlaşmağa sövq edir.
Bizə daxil olan məlumatlarda deyilir ki, Füzuli Ələkbərov bu cür müraciətləri geri çevirir, heç kimin işdən çıxmaq barədə ərizəsini qəbul etmir. Hətta nazirin daxili toplantıların birində "Birlikdə ya Sibirə, ya qəbirə!" dediyi də gələn məlumatlar arasındadır. İddialara görə, nazir artıq aqibəti ilə razılaşıb, baş verənlərin ona sonucda necə baha başa gələ biləcəyinin fərqindədir, bununla belə, geri çəkilməməyi və müqavimət göstərməyi daha uyğun bilir. Geri çəkildikcə ona qarşı hücumların daha da intensivləşəcəyi və ən yaxşı halda vəzifəsindən azad, ən pis halda isə vəzifəsini itirməklə bərabər həbs edilməsi riskinin yaranacağı martıq nazir üçün gün kimi aydındır.
Füzuli Ələkbərov üçün olduqca qorxunc təhlükə yaradan bu prosesin bundan sonra necə davam edəcəyini diqqətlə izləyəcək, əlavə gəlişmələrdən sizi də xəbərdar etməyə çalışacağıq.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40