"Bir qrup erməni hakerin Azərbaycanın bir sıra hökumət və dövlət saytlarına hücum etməsi barədə informasiya həqiqətə uyğun deyil".

Unikal.org Day.Az-a istinadən bildirir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov deyib. Onun sözlərinə görə, ermənilərin yaydıqları məlumatlar həqiqətə uyğun deyil.

 
"Şəxsən məndə bu barədə hər hansı informasiya yoxdur. Əgər belə informasiya olsaydı, mən və həmkarlarımın xəbəri olardı", - İ.Məmmədov deyib.
Bundan başqa, erməni hakerlərin Azərbaycan Silahlı Qüvvələrindəki 25 min hərbçi barədə fərdi məlumatlar əldə etməsi barədə yayılan informasiya da yalan, dezinformasiyadır.