Elmar Vəliyevə qarşı işçi üsyanı
12:23 14-07-2012
İQTİSADİYYAT
Elmar Vəliyevə qarşı işçi üsyanı
Maaşlarını ala bilməyən dövlət qulluqçuları işə çıxmaqdan imtina etdilər
Gəncədə Azərbaycan üçün ənənəvi olmayan, xeyoi nadir insident yaranıb. Belə ki, bir çox dövlət təşkilat və müəssisələrinin işçiləri işə çıxmaqdan imtina ediblər. Bu barədə şəhər sakinləri məlumat veriblər.
Sosial şəbəkələrdə Gəncədən olan istifadəçilərin verdiyi məlumata görə, buna səbəb ölkənin ikinci böyük şəhərinin icrabaşçısı Elmar Vəliyevin təyinatından sonra bitməyən "abadlıq-quruculuq işləri"nin artıq anormal halmasıdır. "Bu işlər ucbatından artıq bir müddətdir ki, ayrı-ayrı təşkilat və müəssisələrin işçiləri əmək haqlarını ala bilmirlər. Onların maaşları "abadlıq və quruculuq kampaniyası"na yönəldilir, nəticədə əmək haqlarının verilməsi kəskin şəkildə gecikir. Bu barədə dəfələrlə şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müraciətlər edilsə, şikayətlər ünvanlansa da, heç bir müsbət cavab almaq mümkün olmayıb. Nəticədə yaranmış anormal duruma dözmək limiti tükənən işçilər işə çıxmaqdan imtina etməyə başlayıblar" deyə sosial şəbəkələrdə paylaşılan xəbərlərdə bildirilir.
Onların bu üsyanının nə qədər davam edəcəyi məlum deyil. Çünki bunun üçün şəhər rəhbərliyinin yubadılan əmək haqlarını ödəməsi lazımdır. Yalnız bundan sonra ayrı-ayrı müəssisə və təşkitlat işə çıxa biləcəklərini bəyan ediblər.
Xatırladaq ki, Eldar Əzizovun Gəncəyə rəhbərlik dövründə ölkənin ikinci böyük şəhərinin "gözəlləşdirilməsinə və abadlaşdırılmasına" on milyonlarla manat xərclənib. İstər Əzizov, istərsə də hökumətə yaxın media Gəncənin hədsiz dəyişdiyini, yeniləşdiyini böyük bir pafosla bəyan edirdi.
Elmar Vəliyev isə Gəncəyə icra başçısı təyin olunduqdan qısa müddət sonra Gəncədə abadlıq və quruculuq işlərinə böyük ehtiyac olduğunu bəyan etdi. Belə çıxırdı ki, ya əvvəlki icra başçısı və onun tərifçiləri ağ yalan danışırmışlar, əslində külli miqdarda vəsait "abadlıq, yaşıllaşdırma" adı altında mənimsənilib və bu mənimsənilmə sadəcə kosmetik gözəlləşdirmə işləri malalanıb, ya da Gəncə doğrudan da "abadlaşıb", amma Elmar Vəliyev bu işlərin korrupsiya üçün ən yaxşı vasitələrdən biri olduğunu nəzərə alırıq hər şeyi sıfırdan başlayır. Göründüyü kimi, hər iki halda söhbət mənimsəmədən gedir.
Çanaq isə işçilərin, iş adamlarının başında çatlayır. Yuarıda paylaşdığımız xəbər də elə bu qənaətin əyani isbatıdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00