Rusiya baş naziri Dmitri Medvedev Dağlıq Qarabağda yaranmış gərginlikdən dolayı yaxın bir neçə gündə Ermənistana səfər edəcək.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Səfər zamanı Medvedevin Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Ovik Abramyanla görüşəcəyi və Qarabağda yaranmış hərbi situasiyanı müzakirə edəcəyi bildirilir.
Qeyd edək ki, aprelin 7-də Rusiya xarici işlər naziri Sergey Lavrov da Bakıya səfər edəcək.