Anti-armenia Team adlı Azərbaycanlı hakerlər qrupu Rusiyanın ermənistandakı səfirliyinin rəsmi Twitter səhifəsini dağıdıb.
Unikal.org-un məlumatına görə, Rusiyanın atəşi dayandırmaqla bağlı verdiyi bəyanata etiraz edən hakerlər səfirliyin rəsmi Twitter səhifəsində bəyanat xarakterli mətn yerləşdirib.
"Rusiya görür ki, Azərbaycan ordusu Ermənistana layiqli cavab verir, ona görə də, dərhal atəşi dayandırmaq əmri verir. Yaxşı olar ki Ermənistana özgə torpaqlarında nə işi olduğunu soruşasınız" - deyə mətn yerləşdirib.