ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərində qəribə hadisə baş verib.
Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, ölkənin zəngin iş adamlarından olan Bədir Fəhd Abdullah prezidenti müşayiət edən qızı İvankaya elçi düşüb. O, sosial şəbəkə hesabında paylaşdığı videoda Trampdan İvankanı özünə istəyib.
"Mən Bədir Fəhd Abullah. Kral Salmandan Trampın qızı İvankanı Allahın izni və Peyğəmbərin əmriylə mənə istəməyini tələb edirəm, - deyə o, videoda bildirib.
Biznesmenin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, İ. Tramp Amerika prezidentinin baş müşaviri Cared Kuşnerlə ailəlidir. Cütlüyün iki uşağı var.