İŞİD terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Akbar-İraq internet portalı məlumat yayıb. Bildirilir ki, terrorçular bununla bağlı videonu sosial şəbəkələrdə yerləşdiriblər.
Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Hadisəni törədən şəxs əldədüzəltmə partlayıcı qurğunu işə salıb, özü də hadisə yerində ölüb.