Fransanın paytaxtı Parisin mərkəzində balta və tapança ilə silahlanmış 3 naməlum şəxs zərgərlik mağazasına hücum edib.

Unikal.org-un məlumatına görə, soyğunçular müştərilərin də olduğu mağazaya daxil olaraq vitrinləri sındırıb, orada olan zərgərlik məmulatlarını soyublar.

Polisin mağaza rəhbərliyinə istinadən verdiyi məlumata görə, mağazadan 5 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb.

Hazırda həmin şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.