Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov 28 may Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Unikal.org bildirir ki, millət vəkili təbriki "Facebook" sosial şəbəkəsindəki profili vasitəsi ilə edib.
"Dünyada 5 minə yaxın xalq var ki, onun da yalnız 200-ü öz dövlətini qura bilib. Azərbaycan xalqının bəxtinə tarixin müxtəlif dövrlərində nəinki öz dövlətini, hətta dövlətlərini qurmaq qisməti yazılıb. Çox təəssüf ki, ərazicə indiki mövcudiyyətimiz həmin dövlətlərin areallarından çox-çox məhdud səciyyə daşımaqdadır. Lakin bizlər varıq və bu varlığa görə ən əsası 28 May tarixinə borcluyuq.
Müasir Azərbaycan Respublikası 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi, dövlətçilik ruhunun mirasıdır. Xalq Cümhuriyyəti isə qədim tarixə əsaslanmış dövlətçiliyimizin bərpa təntənəsi, zəfəridir. Tanrı bizlərə bu zəfər təntənəsini yaşamaq anını nəsib etdiyi üçün xöşbəxtik. Xöşbəxtliyimizin 99 ilini tamamlayır, 100 illiyinə doğru inamla addımlayırıq. Allah addımlarımızı iti, yolumuzu açıq eləsin."