İstanbulda əri ilə dalaşan qadını avtomobili dənizə atıb.

Unikal.org xəbər verir ki, hadisə İstanbulun Sarıyer adlanan hissəsində - Heydər Əliyev prospektində baş verib. Ayşə adlı qadın həyat yoldaşı Veysəllə dalaşıb. Sonra o, boğaza gələrək maşını avtomatik idarəetməyə qoyaraq onu dənizə atıb.

Hadisədən sonra ictimai asayişi kobudcasına pozan qadın polis tərəfindən saxlanılıb. Maşın isə kran vasitəsi ilə sudan çıxarılıb. Bu zaman prospektdə hərəkət iflic olub.