İranda məlum təhqiramiz "Fitilə verilişinin rejissoru Məhəmməd Müslimi proqramın Ramazan ayında yenidən yayımlanacağını açıqlayıb.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, bundan məmnun olduğunu bildirən M.Moslemi uşaqlara aid proqramın yaxın günlərdə ekrana çıxacağını qeyd edib.
"Verilişin birinci hissəsi ramazan ayının əvvəlindən etibarən yayımlanacaq. Veriliş ilk iki həftədə şənbə-bazar və çərşənbə günləri, sonrakı həftələrdə isə şənbə günündən çərşənbəyə qədər yayımlanacaq. Düşünürəm ki, məktəblər tətilə buraxıldıqdan sonra uşaqlar bu verilişə rahat baxa biləcəklər, - deyə bildirib.
M.Müslimi verilişin yeni bölümlərinin istehsalı ilə bağlı deyib ki, bu dəfə yeni bir yanaşma ilə veriliş hazırlanacaq, proqram telekanalın müdiri Məhəmməd Rza Cəfərinin yardımı ilə ekrana çıxacaq.
Xatırladaq ki, 2015-ci il noyabrın 6-da İran televiziyasında yayımlanan "Fitilə adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi bölümlərində Azərbaycan türk dilində dialoqlar da yer alıb. Verilişdən sonra Güney Azərbaycan şəhərləri və xaric ölkələrdə İran hökumətinin irqçi siyasətinə qarşı silsilə etirazlar başlayıb, aksiyalar zamanı onlarla soydaşımız saxlanılıb. Azərbaycanlıları təhqir edən "Fitilə verilişinin yaradıcılarının cəzalandırılmaması dəfələrlə etiraza səbəb olub.