Rusiyanın paytaxtı Moskvada sabah başlayacaq beynəlxalq moda və dəri sərgisində Türkiyədən gedən şirkətlərin əməkdaşları 10 saata yaxın bir müddətdir gömrükdə buraxılmır. 

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Dəri Vəqfi başçısı Kıyasettin Temuçin bunu Rusiya tərəfdən bilərəkdən edildiyini deyib: "Çox güman ki, bizim bu sərgidə iştirakımızı istəmirlər. Başqa ölkələrdən gələnlər 5 dəqiqə gömrükdən buraxılır. Bizi isə 10 saatdır burada gözlədirlər. Bizim məhsulların saatlarla yoxlamadan keçirilir. Buradan sabah keçiriləcək sərgidə iştirakımıza inanmırıq. 60 türk şirkəti gömrükdə saxlanılıb".