Ramazan ayında oruc tutanlara 6 faydalı məsləhət.
Unikal.org xəbər verir ki, dietoloq-terapevt Nil Şahin Gürhan oruc tutanların qidalanmasında hər zamankindən daha çox əhəmiyyət verməsi lazım olduğuna diqqət çəkib. O bildirib ki, iftar və səhər süfrələrinizi balanslı qurun, bol-bol su için, iftar sonrası mütləq qısa gəzintiyə çıxmanız vacibdir.
Ramazan ayını sağlam keçirməyin düsturu;
Oruc tutanlara süfrələrində mütləq 6 qida qrupundan ən azı birinin olması vacibdir:
"Birinci qrup ət, balıq, toyuq, yumurta, pendirdən ibarətdir. İkinci qrup çörək, plov, makaron, börekten ibarət çörək qrupu. Üçüncü qrup süd və qatıq yəni kalsium ehtiva edən yeməklər. Dördüncü qrupu tərəvəz olaraq adlandırırıq. Bu qrupda tərəvəz yeməyi və salatlar var. Yağ qrupu olan beşinci qrup xüsusilə balanslı bəslənmə üçün əhəmiyyət daşıyır. Salatların mütləq zeytun yağı ilə olması vacib. Ayrıca 4-5 ədəd zeytun də yeyə bilərsiniz. Altıncı qrup olan meyvələr, şirin ehtiyacının təməl olaraq qarşılanması təmin edən qidadır. Xüsusilə yeməyin dərhal üzərindən meyvə yemək şirin ehtiyacını ən sağlam qarşılamanın yoludur.
Bir sözlə, həm iftarda həm də sahurda minimum 1.5 litr su istehlak edin. Axşama kimi sizi tox saxlayacaq yüngül və az yağlı yeməklər yeyin. Süfrənizdə pendir, yumurta, süd, qatıq, kefir ya da ayran, tam taxıllı çörək olması idealdır. Göbələk, cəfəri, tərə, roka, pomidor kimi tərəvəzlərində olması vacibdir. İftar süfrəsində açılışı şorba ilə edin və mütləq şorbadan sonra digər yeməkləri də yavaş-yavaş yeyin. İftarda qızarmış ya da yağlı ət yerinə qaynadılmış ət yeyin. Yanında yarma plovu, düyü plovu, makaron yeyə bilərsiniz.
İftardan sonra mütləq açıq havada qısa və orta templi gedişlər edin".