Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May - Respublika Günü şərəfinə nadir bayram təbriki həyata keçirilir.

Unikal.org xəbər verir ki, hazırda Fatih Sultan Mehmet körpüsü Ankara vaxtı ilə saat 20.35-dən etibarən Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılır. Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişir.

Azərbaycanlı jurnalistlər Nigar Mahmudova və Pərviz Sultansoy körpüdən canlı reportaj hazırlayaraq yayımlayıblar.