Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında Versal sarayında görüş başlayıb.

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüş geniş tərkibdə keçirilməyəcək. Tərəflər arasında əsas müzakirə mövzusu Ukrayna, Suriya, Liviya, Koreya yarımadası və Rusiya-Avropa Birliyi münasibətləri olacaq.

Qeyd edək ki, Putinin səfəri iki gün davam edəcək.