Parisdə Fransa prezidenti Emmanuel Makron və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş olub.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, üç saata yaxın davam edən danışıqlar bağlı qapılar arxasında keçirilib.

Görüşdən sonra baş tutan mətbuat konfransında E.Makron bildirib ki, söhbət zamanı tərəflər ikitərəfli münasibətlər, Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

V.Putin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Rusiyada fəaliyyət göstərən 500-dək Fransa şirkəti ölkəni tərk etməyib.

Qeyd edək ki, Rusiya prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə səfər edib.