Son zamanlar uşaqlar arasında yeni, anti-stress oyuncaqlara maraq artıb.

Unikal.org "ARB TV"- yə istinadən xəbər verir ki, ən populyarı isə əl ilə fırladılan spinnerlərdir.

Daha çox internet resurslarında reklam edilən və ölkə bazarına da ayaq açan spinnerlərin satış qiyməti ölçüsündən, formasından, materialından asılı olaraq dəyişir. Valideynlərin çoxu bu oyuncaqları ziyansız və stressə qarşı müəyyən qədər xeyirli hesab etsə də mütəxəssislər başqa fikirdədirlər.