Mayın 29-30-da Avstriyanın Villach şəhərində ATƏT Parlament Assambleyasının "Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı mövzusunda konfrans təşkil edilib 

Unikal.org bildirir ki, Milli Məclisin ATƏT PA -da nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili çıxış edib.

Hazırda sivilizasiyaların qovuşmasının baş verdiyi, millətlərarası inteqrasiyanın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda belə bir tədbirin keçirilməsinə görə ATƏT PA-nın Prezidentinə təşəkkür edən Tahir Mirkişili tədbirin keçirildiyi Karintiya bölgəsinin tarixinin və inkişaf mərhələlərinin xeyli maraq doğurduğunu qeyd edib.

Azərbaycanda milli azlıqların hüquqlarının dövlət səviyyəsində daim qorunduğunu deyən deputat ölkədə milli azlıqların həm öz adət ənənənə, dil, din, mədəniyyətlərini qoruduğunu, həm də Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə inteqrasiya olunduğunu vurğulayıb. 

O, milli azlıqların nümayəndlərinin icra orqanlarına, qanunverici və məhkəmə orqanlarında yetərincə təmsil olunduğunu dilə gətirərək, multikultural dəyərlərin inkişaf etdirilməsinin Azərbaycanın strateji dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tahir Mirkişili dünyada milli azlıqlarların hüquqlarının qorunması zamanı qarşıya çıxan problemlərdən söz açaraq bu problemlərin yaradan əsas səbəb kimi 3-cü dövlətin müdaxiləsini əsas gətirib. O, Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini göstərərək Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaları arasında etimad, birgə yaşayış prinsiplərinin formalaşmasında Ermənistanın işğalçılıq siyasətinin dağıdıcı rolunu diqqətə çatdırıb və bu müdaxilələrin qarşısının hamı tərəfindən alınmalı olduğunu xüsusi vurğulayıb.