Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Rusiyaya rəsmi səfərə dəvət edib.
Unikal.org xəbər verir ki, bu barədə bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda prezident İlham Əliyevlə keçirdiyi görüşdə deyib.
"Biz ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Sizin onunla əldə etdiyiniz prinsipial razılaşmaları rəhbər tutacağıq. Yeri gəlmişkən, o, Sizə ən səmimi salamlarını göndərir və xatırladır ki, Siz Rusiyaya səfərə dəvət olunmusunuz. Sözsüz ki, bu, bizim xarici siyasətin ən dəyərli istiqamətidir.Rusiya Prezidenti Vladimir Putin sizə ən səmimi salamlarını göndərir və xatırladır ki, siz Rusiyaya səfərə dəvət olunmusunuz"-deyə Lavrov Azərbaycan prezidentinə bildirib.