Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu polislərlə birgə iftar süfrəsində olub.
Unikal.org bildirir ki, nazir polislərdən iş saatlarında mobil telefondan istifadə etməmələrini tövsiyyə edib: "Nə olur, işinizi icra edərkən çox mobil telefondan istifadə etməyin. Baxın, bu çox önəmlidir. İstər böyük qardaşınız, istər naziriniz, istərsə də bu ölkənin bir övladı olaraq, bunu sizin üçün və hazırda Türkiyədə vəzifə başında olan bütün qardaşlarımız üçün söyləyirəm".