Vladimir Putin Türkiyə vətəndaşları ilə bağlı fərman imzalayıb.

Unikal.org bildirir ki, Rusiya prezidentinin fərmanı ilə Türkiyə vətəndaşlarına qarşı tətbiq edilən iqtisadi məhdudiyyətlər aradan qaldırılıb. Yeni fərmandan Türkiyə iş adamları da yararlana biləcək.

Qeyd edək ki, məhdudiyyətlər Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra tətbiq edilmişdi.