Almaniya parlamentində 18 yaşından tez nigaha daxil olmanı qadağan edən qanun məclisdə qəbul edilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yeni qanun qəbulunu Alman Katolik Kilsəsinin Yepiskoplar Şurası birmənalı qarşılamayıb.
Bildirilib ki, insan hüquqlarına uyğun olaraq kütləvi qadağanı etir və bunu insanların öz öhdəliyinə buraxmanın tərəfdarıyıq. Kim nə vaxt istəyirsə o vaxda ailə qura bilər və onun öz hüququdur.
Xatırladaq ki, Azərbaycanda erkən nigah haqqında qanun bir neçə il bundan qabaq qəbul olunub. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur.