Fransanın prezidenti Emmanuel Makron bildirib ki, bütün amerikalı alimlər, mühəndislər, məsuliyyətli vətəndaşlar Fransanı ikinci evləri hesab edə bilərlər.

Unikal.org xəbər verir ki, Makron bu fikri ABŞ prezidenti Donald Tramp "Paris razılaşması"ndan imtina edəndən sonra səsləndirib. "Biz birlikdə işləyərək problemi həll edə, planetimizi xilas edə bilərik, bu məsələ hamımızın məsuliyyətidir" deyə Makron qeyd edib.

Qeyd edək ki, "Paris razılaşması" qlobal istiləşmənin qarşısını almaq, ətraf mühiti qorumaq üçün tədbirlər planıdır və Donald Tramp qlobal istiləşməni insan fəaliyyətinin nəticəsi hesab etmir.