Rusiya prezidenti Vladimir Putin NATO-da yalnız vassalların olduğunu bildirərək, təşkilatı ABŞ-ın xarici siyasət aləti adlandırıb.

Unikal.org-un "gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bunu V.Putin rejissor Oliver Stouna müsahibəsində bildirib.

"NATO bu gün ABŞ-ın xarici siyasət alətidir, orada müttəfiq yoxdur, yalnız vassallar var, - deyə o bildirib.

Putinin sözlərinə görə, NATO-ya üzv seçilən hər hansı ölkə artıq Alyansın lideri olan ABŞ-ın təzyiqinə tab gətirə bilmir.

"Orada nə istəsən peyda ola bilər: raketdən müdafiə sistemləri, yeni bazalar və, lazım gələrsə, yeni hücum kompleksləri, - deyə Rusiya lideri qeyd edib.

Putinin sözlərinə görə, Rusiya bununla əlaqədar cavab tədbirləri görür, buna baxmayaraq vəziyyət gərginlik yaratmaqdadır.

"Bizi nə narahat edir? Bizi qərarların qəbul üsulu narahat edir. Mən bilirəm onlar necə qəbul edilir, - deyə V.Putin qeyd edib.

Qeyd edək ki, Putinin Stouna geniş müsahibəsi 12-15 iyunda ABŞ-ın "Showtime telekanalında film şəklində yayımlanacaq.