Yaponiyada təyyarə qəzaya uğrayıb.
Bu barədə "TASS" Yaponiyanın "NHK" telekanalına istinadən xəbər verib.
Belə ki, "Cessna-172" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. O, Maçumoto şəhərindəndəki Toyama hava limanından səmaya qalxaraq təlim uçuşu həyata keçirirmiş.
Xilasedicilər qəzaya uğramış təyyarəni iyunun 4-də səhərə yaxın qarlı dağın ətəklərində aşkar edə biliblər.
Təyyarənin uğraması və yaralıların vəziyyəti barədə polisə məlumatı onun göyərtəsində olan şəxslərdən biri verib. Onun sözlərinə görə, iki nəfər huşsuz vəziyyətdə olub. Lakin bir gün sonra təyyarənin göyərtəsində olanların hamısı ölmüş vəziyyətdə tapılıb.