İş saatlarının ən uzun olduğu ölkələrdən biri Yaponiyadır.
Unikal.org bildirir ki, iş saatının uzun olması səbəbindən ölkədə ölüm hallarının statistikasnda artım müşahidə olunur. Araşdırmaya görə Yaponiya şirkətlərinin dörddə birində işçilər ayda 80 saatdan çox işləyirlər. İnsanlar bu uzunmüddətli iş rejiminə dözmək üçün müəyyən həblərdən istifadə edirlər ki, bu da həat üçün olduqca təhlükəlidir. Son zamanlar ölüm hallarının artması da bununla izah olunur.
Ölkə müxalifəti hökuməti işləyənlərin rifahı bahasına iqtisadi uğurlar əldə etməkdə suçlayır.
Son 30 ildəki ölümləri araşdıran akademik Koji Morioka deyir ki, yaponlar hökumətə güvənir, ancaq özlərini xəyanətə uğramış kimi hiss edirlər.