Antalyanın Kəmər bölgəsində yaşayan Avstriyalı Kollinski təşkil etdiyi turlarda turistləri eşşək belində 3 saatlıq gəzintiyə çıxır. 

Unikal.org bildirir ki, təxminən 10 il əvvəl xanımı Sibel Kollinski ilə  Avstriyadan İstanbula gələn Kristian Kollinski şəhərin sıxlığından bezdiyi üçün Kəmərə üz tutub. 

Kənd həyatını sevən Kristian 5 eşşək alaraq onlardan tursit səfərləri üçün istifadə edir. Belə ki, o, bura gələn turistləri eşşək belində 3 saatlıq gəzintiyə çıxarır. Kollinski il ərzində 200 turistlə safərə çıxdığını deyir.