London polisi Britaniya paytaxtının şərq rayonu Barkinqdə xüsusi əməliyyat keçirir.

Unikal.org bildirir ki, bu barədə "Daily Express" qəzeti yazıb.

Məlumata görə, asayiş keşikçiləri çoxmənzilli binada reyd aparırlar. Bir neçə nəfər saxlanılıb.

"Reuters" yazır ki, Britaniyanın daxili işlər naziri Ember Radd gecə saatlarında şəhərin mərkəzində törədilən terror aktları ilə bağlı əməliyyatın aparıldığını bildirsə də, onun dəqiq yerini açıqlamayıb.