Londonda şənbə günü məşum terror aktı törədiləndə italyan kinorejissor Qabriele Skiotto olay yeridən cəmi 2-3 metr aralıda idi.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, Londonun Voksholl səmtindəki Boro bazarında 3 terrorçu qarşılarına çıxan hər kəsi bıçaqlamağa başlayanda polislər olay yerinə gəliblər.
Polislər terrorçulara 50 atəş açaraq onları güllələyilər.
25 yaşlı P.Skiotto da baş verənləri çəkib.
"Pabda oturub Çempionlar Liqasının finalına baxırdım. Bu zaman üç kişi içəri soxuldu. Onlardan birinin əynində "Arsenal"ın futbolkası vardı. İçəridəki insanları öldürməyə başladılar. Sonra polislər gəldilər və onları güllələdilər", - Skiotto söyləyib.