Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı Fətullahçı Terror Təşkilatının (FETO) başçısı Fətullah Gülənə 3 ay möhlət verilib.
Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin "Resmi gazete məlumat yayıb.
İnformasiyaya əsasən, Türkiyənin Daxili İşlər Nazirliyi bildirib ki, Fətullah Gülən də daxil olmaqla barələrində axtarış elan edilən və ölkədən qaçan 130 nəfər geri dönməzsə, vətəndaşlıqdan çıxarılacaq.
Məlumata görə, 130 günlük möhlət bu gündən başlayır.
Türkiyənin Ədliyyə Nazirliyi müxtəlif cinayətlərdə şübhəli bilinən və xarici dövlətlərdə gizlənən şəxslərin ölkəyə qayıtmaları ilə bağlı çağırış elan edilib.
Bu, Türkiyə Cinayət Məcəlləsinin dövlətin birliyini və ölkənin bütövlüyünü pozmaq, konstitusiyanı pozmaq, prezidentə qarşı sui-qəsd və əməli hücum etmək, qanunverici orqana qarşı cinayət törətmək, hökumətə qarşı cinayət törətmək, Türkiyə Respublikası hökumətinə qarşı silahlı qiyam, silahlı qruplaşmada iştirak etmək və qanunsuz silah saxlamaq maddələri ilə ittiham olunanlara şamil ediləcək.