Türkiyənin şimalında Tokat vilayətində hərbi kazarmaya şimşək düşməsi nəticəsində 4 hərbçi yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, hazırda yaralı əsgərlərin vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, ötən ilin avqustunda Türkiyənin şimal-qərbində yerləşən hərbi kazarmaya şimşək düşməsi nəticəsində də 3 hərbçi yaralanmışdı.