Mersin Universitetinin 21 yaşlı tələbəsi Ş.D. 47 yaşlı müəllimi İ.K.-nin cinsi əlaqə təklifi etdiyi və təcavüzə uğradığını iddia edib. İki ildir İ.K-nin dərsindən yaxşı qiymət ala bilmədiyi üçün məzun ola bilməyən Ş.D.-nın şikayəti sonrası müəllim İ.K. şagirdiylə bir evdə tutulub.
Unikal.org Hürriyet-ə istinadən xəbər verir ki, təcavüz iddiası ilə məhkəməyə çıxardılan İ.K. şərti həbs cəzası ilə sərbəst buraxılıb.
TƏFƏRRÜAT
Qızın təcavüz şikayəti sonrası telefonunda araşdırma aparan polis təhlükəsizlik əməkdaşlarından icazə alıb müəlliminin ona yazdığı mesajlara cavab verərək görüşü qəbul edib. Polis onları təqib etməyə başlayıb.
"Evə çıxdıqdan qısa bir müddət sonra qapı döyüləndə, mənə sən arxaya keç gizlən, qonşulardır", - deyib. Qapını açdığında polis müəllimi tutub qandalladı. Bunun son olacağını düşünmürəm. Belə əxlaqsızların cəzasız qalmaması lazımdır. Sərbəst buraxılmağı çox acıdır. Həyatım boyunca o adamın baxışlarını və səs tonunu unuda bilməyəcəm. Psixologiyam pozuldu. Bunu başqa birinə də edə bilər", - sözlərini tələbə qız ifadəsində deyib.
Ş.D. müəllimin son imtahan nəticələrini gördükdən sonra onu kənar bir yerdə görüşə dəvət edərək, mənə "çox cazibədarsan, səndən başqa şeylər istəyirəm" dediyi iddia edilib.
Müəllimi İ.K-nin universitetini iki ildir bitirməyə imkan vermədiyini və başqa qızların da bu müəllimin təcavüzünə uğradığını iddia edib.