Rusiyanın "MiQ-3 qırıcı təyyarəsi Barents dənizi sahillərində, ölkənin sərhədinə yaxın ərazidə Norveçin P-3C "Orion patrul təyyarəsinin qarşısını kəsib. RF Müdafiə Nazirliyinin məlumatına görə, bundan sonra Norveç təyyarəsi kursunu dəyişərək Rusiya sərhədindən uzaqlaşıb.
Məlumatda deyilir ki, Norveç təyyarəsi uçuşu transponderi söndürərək həyata keçirib. Hadisə zamanı RF Şimal Donanmasına məxsus "MiQ-31 qırıcı təyyarəsi göyə qalxıb. Norveç patrul təyyarəsi kursu dəyişdikdən sonra "MiQ-3 bazaya qayıdıb.
Bu, son bir neçə saatda Rusiya sərhədləri yaxınlığında qeydə alınan ikinci NATO təyyarəsidir. RF Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 6-da səhər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 təyyarəsi də Baltik dənizi üzərində Rusiya sərhədləri yaxınlığından uzaqlaşdırılıb.