Türkiyədə Hakkari-Çukurca yolunda hərbi avtomobilə qumbaraatandan atəş açılıb.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, PKK-nın silahlı hücumu nəticəsində bir hərbçi ölüb, 6-sı xəsarət alıb.

Yaralılar Hakkari Dövlət Xəstəxanasına aparılıb. Bölgədə PKK terrorçularına qarşı havadan dəstək verməklə əməliyyata başlanıb.